29 
Noy
2022
15:55
68
162
2604
Virtual karabakh

Gəncədə sürücülər saxlanıldılar: Biri eyni xətanı 12 dəfə törədib - FOTO

29 Noy, 2022
15:55
2604

Gəncədə sürücülər saxlanıldılar: Biri eyni xətanı 12 dəfə törədib - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, aralarında Vətən müharibəsi iştirakçılarının da olduğu bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan idarə edərək, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edib digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq avtomobilləri duracağa yerləşdirilib, nəqliyyat vasitələrindəki qanunsuz dəyişikliklər aradan qaldırılıb və sürücülər barəsində qanuni tədbir görülüb. Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

Bundan başqa, Yol Polisi əməkdaşlarının apardıqları mütəmadi monitorinq-profilaktiki tədbirlər zamanı avtomobilinə konstruksiya dəyişikliyinə görə daha əvvəl 11 dəfə inzibati məsuliyyətə cəlb olunan şəhər sakini Orxan Qasımovun yenə də idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq etdiyi, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu məlum olub.

Növbəti dəfə də saxlanılan sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Qasımov səkkiz sutka inzibati həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri