29 
Noy
2022
14:26
12
137
2974
Virtual karabakh

Gəncə İH qarşısında insident iddialarına DİN-dən CAVAB

29 Noy, 2022
14:26
2974

Gəncə İH qarşısında insident iddialarına DİN-dən CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Gəncədə bir qrup şəxs ilə polis əməkdaşları arasında insident yaşaması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabr ayının 29-da bir qrup şəxsin Gəncə Şəhər İcra hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb, onlara icra hakimiyyəti rəhbərliyinin qəbul qaydalarını xatırladıb. 

“Bundan sonra həmin şəxslər polislə hər hansı mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar. Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıblar”, - deyə polis kapitanı bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri