29 
Noy
2022
17:36
142
16
5702
Virtual karabakh

Qolu Xəzərə kimi uzanan Bakıdakı mağaradan FOTOREPORTAJ

29 Noy, 2022
17:36
5702

Qolu Xəzərə kimi uzanan Bakıdakı mağaradan FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən Kühül dağı və mağara özündə gizli tarixi əks etdirir. Bu dağ və mağara Bakının tarixi əhəmiyyətini bir daha vurğulayır. O, vaxtı ilə Bakının ən yaxşı təsviri hesab olunurmuş.

Bakıxanov qəsəbəsində yerləşən dağda olan mağaranın girişinin eni 5 metr, hündürlüyü 13,6 metr olmaqla iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38,4, eni 5, ikinci otağın uzunluğu 7,9, eni isə 7 metrdir. Mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir. Sakinlərin sözlərinə və yazılı mənbələrə görə, mağara 2 km uzunluğundakı qol vasitəsi ilə Xəzər dənizinə çıxır.

İllər keçdikcə, mağara haqqında fərqli əfsanələr də danışılır. Onlardan birində, orta əsrlərdə mağaranın qarşısına dəvət olunmamış qonaqlardan və vəhşi heyvanlardan qorunmaq üçün daş divar çəkildiyi deyilir ki, bu da insanların həmin yerdən yaşamaq üçün istifadə etdiklərini göstərir. 

90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başlayıb. Hazırda bu ərazi hava limanına aparan magistraldan görünmür. Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrilib.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri