29 
Noy
2022
23:43
124
37
4329
Virtual karabakh

Sərnişinlər Gəncə-Bakı qatarının hərəkət qrafikindən niyə narazıdırlar? - AÇIQLAMA + VİDEO

29 Noy, 2022
23:43
4329

Sərnişinlər Gəncə-Bakı qatarının hərəkət qrafikindən niyə narazıdırlar? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün Gəncədən Bakıya və əks istiqamətdə sərnişin qatarı işləyir, ancaq qatarın hərəkət qrafiki Gəncə sakinlərini qane etmir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda qatar Bakıdan 08:45-də, Gəncədən isə 18:00-da çıxır. Bu da paytaxta gündəlik iş arxasınca gələn sərnişinlər üçün əlverişli deyil.

Sərnişinlər bildiriblər ki, qatarın hərəkət qrafiki əvvəllər belə olmayıb. Sonradan edilən dəyişiklik Gəncədən olan sərnişinlərin işini çətinə salıb.

Problemlə bağlı Gəncə sakinləri sosial şəbəkələrdə təşəbbüs qrupu da yaradıblar. Onlar imza toplayaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə qatarların hərəkət qrafikinin dəyişdirilməsi üçün müraciət ünvanlayacaqlar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin xidmət rəisi Natavan Bayramova isə qeyd edib ki, 2018-ci ildə sadəcə 1 ay ərzində Bakı-Gəncə-Bakı reysi üzrə qatar günaşırı hərəkətdə olmaqla, Bakıdan saat 09:00-da Gəncəyə yola düşüb və Gəncədən Bakıya növbəti gün saat 09:00-da qayıdıb.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri