30 
Noy
2022
14:12
22
182
1170
Virtual karabakh

Rövşən Tağıyev: “Pandemiya dövründə alınan şəxsi avtomobillər tıxacları daha da artırıb”

30 Noy, 2022
14:12
1170

Rövşən Tağıyev: “Pandemiya dövründə alınan şəxsi avtomobillər tıxacları daha da artırıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tıxaclar yalnız bizim ölkədə deyil, bir çox ölkələrin, iri şəhərlərin ciddi probleminə çevrilib. Fərqli ölkələrdən olan nümayəndələrin, ekspertlərin iştirakı ilə keçirilən konfranslarda tıxacların son dövrdə artmasına səbəb kimi pandemiya xüsusi vurğulanıb”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.

R.Tağıyev qeyd edib ki, bir çox ekspertlər tıxacın yaranmasının və artmasının səbəbi kimi pandemiya dövründə insanların ictimai nəqliyyatdan istifadədən qorxduqları üçün maşın almalarını irəli sürüblər:

“Şəxsi nəqliyyat vasitəsinə üstünlük verildiyi üçün ölkədə avtomobillərin sayı artır və yollarda yüklənmə gedir. Bu problem tək bizdə deyil, bütün inkişaf etmiş ölkələrdə mövcuddur. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası yaradılıb və problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Təbii ki, daha yeni tədbirlərin də görülməsi nəzərdə tutulur. Həmin tədbirlərdən biri artıq tətbiq edilir. Bu, yük maşınlarının günün müəyyən saatlarında şəhərə girişinin məhdudlaşdırılmasıdır ki, bu da tıxacların azalmasına müsbət təsir edib deyə bilərik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri