Dek
2022
13:20
174
24
2341
Virtual karabakh

Ukraynada həyat uğrunda mübarizə aparan soydaşlarımız - VİDEO

1 Dek, 2022
13:20
2341

Ukraynada həyat uğrunda mübarizə aparan soydaşlarımız - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın bütün şəhər və kəndlərində elektrik enerjisinin verilişi gün ərzində bir neçə dəfə kəsilir və saatlarla olmur. Buna baxmayaraq, ölkədə yaşayan həmyerlilərimizin çoxu hələ də yaşadıqları evi tərk etməyib. 

Onların əksəriyyəti uzun illərdir Ukraynada yaşayır, bu ölkənin vətəndaşlarıdır. Müxtəlif sahələrdə çalışanlardan tutmuş, döyüşlərdə iştirak edənlərə qədər var ki, ailələri də özləri ilə bərabər bu ölkədədir. Onlar qış fəslinin başlanğıcında yaranan kommunal problemlərə qarşı mübarizə aparırlar.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfovun sözlərinə görə, elektrik enerjisinin olmaması binalara suyun, istiliyin verilməsində böyük problemlər yaradır.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Robert Qafarov Kiyevdən xəbər verərək qızğın döyüşlərin getdiyi əyalətlərdən buraya köçən həmyerlilərimizin olduğunu da bildirib.

Qeyd edək ki, Ukraynanın bütün ərazilərinin yenidən kütləvi raket atəşinə tutulması ilə bağlı rəsmi xəbərdarlıqlar da edilir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri