Dek
2022
14:34
231
13
3395
Virtual karabakh

Əlisa Nicata maliyyə yardımı göstəriləcək - VİDEO

1 Dek, 2022
14:34
3395

Əlisa Nicata maliyyə yardımı göstəriləcək - VİDEO

Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək.

Bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub.

“Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”, - Xəyal Rza bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri