Dek
2022
15:30
8
137
1034
Virtual karabakh

Sabirabad məktəbində istilik problemi: Nazirlik məsələyə aydınlıq gətirdi

1 Dek, 2022
15:30
1034

Sabirabad məktəbində istilik problemi: Nazirlik məsələyə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadın Kovlar kənd orta məktəbində istilik problemi var.

Məsələ ilə bağlı məktəbdə oxuyan şagirdlər tərəfindən sosial şəbəkələrdə şikayət paylaşılıb. 

Qeyd olunub ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığından hazırda istilik yoxdur. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir:

“Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Təmir işləri artıq bitib və məktəb istiliklə təmin olunur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri