Dek
2022
18:08
137
25
2591
Virtual karabakh

Kürün deltasında maneələr yaradılır

1 Dek, 2022
18:08
2591

Kürün deltasında maneələr yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə Neftçalada çayın deltasında bəndbərkitmə işləri ilə yanaşı, maneələr də yaradılır.

“Report”un Aran bürosunun məlumatına görə, artıq 15 günə yaxındır ki, rayonun Mayak kəndi ərazisindən keçərək Xəzər dənizinə qovuşan Kür çayının hər iki qolunun deltasında bəndbərkitmə işləri aparılır.

Bərkitmə işləri aparılmaqla yanaşı, Kürün qarşısı sal daşlarla tutulur.

Sakinlərin sözlərinə görə, Kürün qarşısında bənd müəyyən hündürlüyə qədər bərkidiləcək, sonra çayın suyu həmin bəndin üzərindən axaraq Xəzər dənizinə töküləcək. Bununla da yay aylarında çayda suyun səviyyəsi aşağı olsa da, dəniz suyunun Kürə qarışmasının qarşısı alınacaq.

Hazırda son günlər intensiv yağış yağdığından Kürün deltasında işlər dayandırılıb. Hava şəraiti imkan verən kimi işlər yenidən davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri