Dek
2022
20:08
94
70
8837
Virtual karabakh

Azərbaycanda 2022-ci ildə ən çox dinlənilən mahnılar hansılardır?

1 Dek, 2022
20:08
8837

Azərbaycanda 2022-ci ildə ən çox dinlənilən mahnılar hansılardır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin ən çox dinlənilən müğənniləri və mahnıları ilə bağlı araşdırma aparılıb.

Oxu.Az “Spotify” proqramı və “YouTube” platformasında ən çox dinlənilən mahnıların siyahısını təqdim edir.

Azərbaycanda ən çox diqqət görən yerli ifaçıların sırlamasında Röya Ayxan, Hiss və Orxan Zeynallı üst sıralarda yer alır. Röya Ayxanın Nicat Rəhimovla birlikdə ifa etdiyi “Dəli kimi” adlı ifa sentyabrda təqdim edilməsinə baxmayaraq, az bir zamanda ən çox dinlənilən mahnılar arasındadır.

Gənclərin son illər sevimlisinə çevrilən Hiss ləqəbi ilə məşhurlaşan müğənnin mahnılar da bu ilin hitlərindəndir. Bir ay öncə təqdim olunan “Unuduram səni” adlı mahnısı onu sevənlərin dillər əzbərinə çevrilib.

Orxan Zeynallı da illər keçməsinə baxmayaraq, fanatları tərəfindən unudulmayıb. Repçi trekləri son günlər ən çox dinlənilənlər arasındadır. İfaçının altı il aradan sonra “40-cı paralel” adlı konsert proqramı bu yaxınlarda böyük izdihamla baş tutdu.

Bundan başqa, digər repçilər də gənclərin əvəz olunmazlarına çevriliblər. Paster, Xpert, Jony, MadTeen, Epi, Mehdi Sadıq kimi ifaçıların hər biri “Spotify” və “YouTube”da ən çox dinlənilənlər arasında ön sıradadırlar.

Türkiyəli ifaçıların arasında isə ən çox populyar olan Madrigalın “Seni dert etmeler” ifasıdır. Mahnı iki ilə yaxındır ki, dinləyicilərin dillər əzbərinə çevrilib. Bundan əlavə,  No.1 “Yarım kalan sigara”, Madrigal “dİp”, Can Koç “Gökyüzünün tutamam” hitləri də Azərbaycanda ən sevilən mahnılara çevrilib.

Xaricilərdən Tom Odell “Another Love”, The Neighbourhood “Sweater weathere”, Elli Dune “Middle of the night” trekləri ən çox dinlənilənlər arasındadırlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri