Dek
2022
20:43
13
247
3475
Virtual karabakh

Göygöldə avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

1 Dek, 2022
20:43
3475

Göygöldə avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöldə yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri 1990-cı il təvəllüdlü Aslanova Bəsdi vəfat edib, dörd nəfər - 1988-ci il təvəllüdlü Yusibov Elmir, 1999-cu il təvəllüdlü Hacıyev Bayram, 2007-ci il təvəllüdlü Rəfiyev Xudayar və 1997-ci il təvəllüdlü Hacıyeva Aişə xəsarət alıblar.

Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkətini bərpa ediblər. 

İlhamə Əbülfət

19:50

Göygöl rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Olimpiya Kompleksinin yaxınlığında qeydə alınıb.

Minik avtomobilinin ağaca çırpılması nəticəsində ölən və yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri