Dek
2022
10:46
74
8
2016
Virtual karabakh

Saxta zabitə hökm oxundu

2 Dek, 2022
10:46
2016

Saxta zabitə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Kirill Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 1 il 5 ay 22 gün müddətinə islah işləri cəzası verilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

İttihama görə, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Kirill Muradov 2020-ci ilin fevral ayında özünü Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin Əziz adlı baş leytenant hərbi rütbəsində olan hərbi qulluqçusu kimi təqdim edib. O, hərbi mağazaların birindən hərbi forma alıb geyinərək Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Qabil Sarıyevə (ad-soyad şərti) hərbi xidmətdə olan oğlunun Ağcabədi rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət keçib, başqa hərbi hissəyə göndərilməyəcəyi barədə müvafiq əmr verilməsinə köməklik göstərəcəyi vədini verib.

Kirill Muradov həmin şəxsdən ümumilikdə 1 800 manat alıb. Daha sonra o, baş leytenant hərbi rütbəsində forma geyinib həmin hərbi hissəyə zərərçəkmiş şəxs və onun arvadı ilə birlikdə  andiçmə mərasiminə gedib. O, hərbi hissədə özünü Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin əməkdaşı kimi, yəni özbaşına vəzifəli şəxs kimi təqdim edib.

Kirill Muradov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, həmin pulları bir neçə günə şəxsi ehtiyaclarına xərcləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Gəncə şəhərində xüsusi karantin rejimini pozduğuna və qanunsuz olaraq hərbi forma geyindiyinə görə onu Nizami Rayon Polis İdarəsinə aparıblar. Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 gün inzibati həbs tətbiq olunub.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində iştirak edib və bir neçə medala layiq görülüb. Zərərçəkmiş şəxsə vurduğu ziyanı hissə-hissə olsa da, tamamilə ödəyib. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri