Dek
2022
10:42
11
124
1481
Virtual karabakh

Bakıda qəzaya düşən motosikletin dəmiri sürücünün ayağına girdi - VİDEO

2 Dek, 2022
10:42
1481

Bakıda qəzaya düşən motosikletin dəmiri sürücünün ayağına girdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində ümumilikdə 13 yanğına çıxış və 1 avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Həmçinin, Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində “Tufan” markalı motosiklet və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və qəza nəticəsində motosikletin dəmir elementi sürücüsü - 1994-cü il təvəllüdlü Babayev Elşən Rövşən oğlunun ayağına nüfuz edib. Xilasedicilərin operativ müdaxiləsi sayəsində vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri