Dek
2022
17:56
248
42
3606
Virtual karabakh

Bakıda sürücü ilə dalaşan “parkovşik” həbs edildi

2 Dek, 2022
17:56
3606

Bakıda sürücü ilə dalaşan “parkovşik” həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol kənarında avtomobillərin parklanmasına nəzarət edən şəxslə sürücü arasında insident olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunda Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində baş verib.

Sürücü ilə “parkovşik”in mübahisəsindən sonra avtomobil sahibi DİN-in “102” xidmətinə müraciət edərək polis çağırıb. Parklanmaya nəzarət edən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə aparılıb. Burada onun Qazax rayon sakini, 1972-ci il təvəllüdlü Z.S. olması müəyyən edilib.

“Parkovşik”in barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmədə 50 yaşlı Z.S. bildirib ki, insident sürücünün ona məxsus olan və parklanma zamanı istifadə etdiyi aləti götürüb atması səbəbindən baş verib:

“Daimi yaşayış yerim yoxdur. Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində avtomaşınları park etməyə kömək edərək qazandığım az miqdarda pulla günlük xərclərimi qarşılayıram. Hadisə baş verərkən avtomobillərin park edilməsi üçün istifadə etdiyi dəmir alətin bir şəxsə məxsus avtomobilin sürücüsü tərəfindən kənara aparıldığını gördüm və bu barədə öz irad bildirdim.

Bundan sonra həmin şəxslə aramızda mübahisə yarandı, lakin həmin şəxsi təhqir etməmişəm. Daha sonra həmin şəxs DİN-in “102” xidmətinə müraciət etdi, polis əməkdaşları gəldi. Polis əməkdaşları məni şöbəyə dəvət etdikdə heç bir təhqir və etiraza yol vermədən onlarla birgə getmişəm”.

Nəsimi Rayon məhkəməsinin qərarı ilə Z.S.-ə 10 sutka inzibati həbs cəzası verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri