Dek
2022
17:18
55
35
1304
Virtual karabakh

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazandı - VİDEO

3 Dek, 2022
17:18
1304

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində Luvaqqa Kizito erkən qolla “Səbail”i hesabda önə çıxarıb.

“Qəbələ” 35-ci dəqiqədə status-kvonu bərpa edib. Fares Abu Akel dəqiq oynayıb.

İlk hissə bərabərliklə yekunlaşıb.

İkinci hissədə daha bir qol vuran meydan sahibləri matçı qələbə ilə başa vurublar. Ruan Renato 63-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.

Bu nəticə ilə xallarının sayını 24-ə yüksəldən “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Səbail” isə 10 xalla 8-cidir.

Qeyd edək ki, turun açılış oyununda dünən “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Bu gün isə saat 17:00-da başlayan görüşdə hazırda “Sabah” – “Şamaxı” ilə oynayır.

Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri