Dek
2022
12:50
275
74
4504
Virtual karabakh

Sabah Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - PROQNOZ

4 Dek, 2022
12:50
4504

Sabah Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə və gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunundan 775 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri