Dek
2022
23:53
71
291
12100
Virtual karabakh

Bakı-Quba yolunda hərəkət tam bərpa olunub – YENİLƏNİB + VİDEO

4 Dek, 2022
23:53
12100

Bakı-Quba yolunda hərəkət tam bərpa olunub – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolunda hərəkət tam bərpa olunub.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

23:09

Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər edib və bu gün axşam saatlarında paytaxt istiqamətində qayıtmaları səbəbindən adıçəkilən yollarda müəyyən sıxlıq müşahidə edilir.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib.

“Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”, - məlumatda qeyd edilib.  

22:40

Bakı-Quba yolunda tıxac yaranıb.

Bununla bağlı Oxu.Az-a hazırda yolda olan sərnişinlərdən biri məlumat verib.

O bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Xaçmaz istiqamətində sıxlıq var.

Yolda qalan sərnişin qeyd edib ki, təxminən 3 saatdan artıqdır ki, gözləyirlər.

Tıxaca səbəb kimi yolda iriqabaritli yük avtomobillərinin çox olması ehtimal edilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri