Dek
2022
14:42
10
131
1153
Virtual karabakh

Xidmət rəisi: “Xəzərin Dağıstan sahilində aşkarlanan suitilərin ölüm səbəbi araşdırılır” - VİDEO

5 Dek, 2022
14:42
1153

Xidmət rəisi: “Xəzərin Dağıstan sahilində aşkarlanan suitilərin ölüm səbəbi araşdırılır” - VİDEO

“Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin (“Phoca caspica”) ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün cəsədlərdən nümunələr götürülüb”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, suiti cəsədlərinin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbi müəyyən ediləcək:

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər, yəni suiti cəsədləri Dağıstan tərəfdən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xəzər dənizinin Dağıstan sahillərində təxminən 700-dək ölü suiti tapılıb.

Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırkı suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri