Dek
2022
15:20
13
187
4583
Virtual karabakh

İsmayıllıda səkkiz nəfərin xəsarət aldığı qəza yerindən görüntülər - YENİLƏNİB + FOTO/VİDEO

5 Dek, 2022
15:20
4583

İsmayıllıda səkkiz nəfərin xəsarət aldığı qəza yerindən görüntülər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bununla bağlı FHN məlumat yayıb.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1986-cı il təvəllüdlü Yusibov Elton Yaşar oğlunun idarə etdiyi “Mercedes-Benz Vito” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü E.Y.Yusibov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

14:28

İsmayıllı rayonunda ağır avtomobil qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. 

Hadisə nəticəsində, sürücü 1986-cı il təvəllüdlü Elton Yusibov, sərnişinlər – Əmrah Əmrahov, Sərdar Manafov, Xəyalə Nağıyeva və digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusibovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri