Dek
2022
10:30
14
392
2975
Virtual karabakh

10 il sonra dünyaya gələn körpə qaynar suda yanıb: Ailə isə yemək tapmaqda belə çətinlik çəkir - FOTO

7 Dek, 2022
10:30
2975

10 il sonra dünyaya gələn körpə qaynar suda yanıb: Ailə isə yemək tapmaqda belə çətinlik çəkir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailənin 10 il sonra sahib olduğu övladı - 2022-ci il təvəllüdlü Cəlilov Yusif Həsrət oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Cəlilova Nuranə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:

“Səhər yeməyi yeyərkən Yusif stola tərəf iməkləyərək süfrəni dartdı. Süfrədəki çaydan onun üzərinə aşdı. İki ayağı dizdən aşağı, bir qolu isə dirsəkdən yanıb. Biz Masallı rayonunun Boradigah qəsəbəsində yaşayırıq. Oğlumu təcili yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirdilər. Həkimlər ona 3-cü dərəcəli termal yanıq diaqnozu qoydular”.

Yusifin anası bildirir ki, hal-hazırda özü də 4 aylıq hamilədir və oğlu uşaq arabasında yatmağa öyrəşdiyi üçün xəstəxanadakı yataqda yatmır:

“Həm ağrılarına, həm də yuxusuzluğa görə bütün günü ağlayır. Mənim isə indiki vəziyyətim onu qucağımda gəzdirməyə imkan vermir. Buna görə uşaq arabasına çox ehtiyac duyuram. Əgər kiminsə istifadə etmədiyi uşaq arabası varsa, onu bizə verməsini xahiş edirəm. Mənim üçün çox böyük kömək olar. Onun ağlamaqdan səsi batıb artıq”.

Məlumat üçün qeyd edək ki, yanıq xəsarətləri alan Yusifin müayinə və müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

Lakin ailənin maddi vəziyyəti çox ağırdır. Onlar hətta gündəlik qida almaqda belə çətinlik çəkirlər. Buna görə də uşağın gündəlik ehtiyaclarını qarşılamağa, ona lazım olan dərmanları və qida vasitələrini almağa ailəyə maddi dəstək lazımdır. Hazırda xəstəxanada müalicə alan bəzi xəstələrin yaxınları onlara dəstək olmaq üçün gündəlik qidalarını onlarla bölüşürlər.

Ailə ilə əlaqə nömrəsi: 050 649 15 08

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri