Dek
2022
14:25
15
135
2471
Virtual karabakh

Şamaxı sakini həmyerlisini güllələdi

7 Dek, 2022
14:25
2471

Şamaxı sakini həmyerlisini güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı sakini həmyerlisini güllələyib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayonun Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini Ramil Əhmədovun tüfəngdən açdığı atəşdən İlkin İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub.

Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri