Dek
2022
11:34
26
135
6691
Virtual karabakh

İntihar məktubundan 8 il sonra törədilən qətl - TƏFƏRRÜAT + YENİLƏNİB

8 Dek, 2022
11:34
6691

İntihar məktubundan 8 il sonra törədilən qətl - TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Biləsuvar rayonunun Xırmandalı kəndində Mehtun Qarayevin qətlə yetirilməsinin səbəbi məlum olub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə qisas zəminində baş verib.

Belə ki, hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib. O, intihardan öncə yazdığı məktubda həmkəndlisi Mehtun Qarayevə görə bu addımı atmağa məcbur olduğunu yazıb. Həmin məktub qızın üzərində tapılıb. Bundan sonra iki ailə arasında düşmənçilik yaranıb. Hadisədən 8 il sonra Cavid Kazımov bacısının qisasını almaq qərarına gəlib. Beləliklə, o, ötən gecə qətl planını həyata keçirib.

Qeyd edək ki, dekabrın 8-i gecə saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişi həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində odlu silahdan atəş açaraq qətlə yetirdiyi müəyyən olunub.

09:50

Biləsuvar sakini həmkəndlisinə başından atəş açaraq onu qətlə yetirib.

“Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə dekabrın 8-i saat 03 radələrində rayonun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evin yaxınlığına çağırıb.

Daha sonra qısqanclıq zəminində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.

Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb.

Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

09:40

Dekabrın 8-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1985-ci il təvəllüdlü Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri