Dek
2022
11:38
36
89
1528
Virtual karabakh

Fuad Nağıyev: “Orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaq” - VİDEO

8 Dek, 2022
11:38
1528

Fuad Nağıyev: “Orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“11 ay ərzində ölkəmizə 1 milyon 458 mindən çox ziyarət qeydə alınıb. Bu da 2021-ci ilin rəqəmləri ilə müqayisədə 2,1 dəfə artım deməkdir”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan Turizm Sammiti - 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. 

Onun sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistan üzrə bərpa göstəriciləri 90 faizdən çoxdur:

“Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu il nəticələrini belə üstələyib. Əlbəttə, bizim hədəfimiz 2019-cu ilin rəqəmlərinin bərpasıdır”.

O əlavə edib ki, 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq:

“Orta hesabla hər il turizm sektorunda 20% artım qeydə alınacaq”.

İlhamə Əbülfət

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri