Dek
2022
12:34
143
15
1556
Virtual karabakh

Birinci Qarabağ müharibəsinin 17 minə yaxın əlilinə birdəfəlik ödəmə verilib - FOTO

8 Dek, 2022
12:34
1556

Birinci Qarabağ müharibəsinin 17 minə yaxın əlilinə birdəfəlik ödəmə verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. 

Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib. 

Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri