Dek
2022
16:18
20
140
5167
Virtual karabakh

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb - FOTO

8 Dek, 2022
16:18
5167

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən artıq cəsədlərdən nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xidmət rəisi Firuddin Əliyev Oxu.Az-a bildirib ki, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri