Dek
2022
17:16
381
9
3183
Virtual karabakh

Reanimasiyaya yerləşdirilən Aftandil İsrafilovdan xoş xəbər var

8 Dek, 2022
17:16
3183

Reanimasiyaya yerləşdirilən Aftandil İsrafilovdan xoş xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir neçə gündür reanimasiyada qalan Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılaşmağa doğru gedir”.

Məşhur qarmon ifaçısının qızı Həcər xanım Lent.az-a açıqlamasında bildirib ki, sənətçinin səhhəti normallaşıb:

“Kritik ağır vəziyyətdən artıq çıxıb. Sabah reanimasiyadan palataya yerləşdiriləcək. Problem əsasən ağciyərlərindədir. Müayinələrin bəzilərinin cavabı bəlli olsa da, ağciyərindən başqa analizlər də götürülməlidir. Ancaq atamı narahat etməmək üçün hələ ki analizlər götürülməyəcək. Ona görə də bir neçə gündür dəqiq diaqnoz ləngiyir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Aftandil İsrafilov dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri