9 
Dek
2022
12:32
17
331
2360
yuxarı
Naxçıvanda İrandan Türkiyəyə “patı” aparmağa cəhd edilib - FOTO
9 Dek, 2022
12:32
2360
17
331
Naxçıvanda İrandan Türkiyəyə “patı” aparmağa cəhd edilib - FOTO
Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə xurma yükü aparan “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı yük avtomobilinin kabinəsində gümüşü rəngli folqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə - metamfetamin (“patı”) aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək