Dek
2022
12:34
74
20
1317
Virtual karabakh

İstanbulda UNESCO və Avropa Şurasının dəstəyi ilə CINETOUR yaradıldı - FOTO

9 Dek, 2022
12:34
1317

İstanbulda UNESCO və Avropa Şurasının dəstəyi ilə CINETOUR yaradıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda keçirilən təsis iclasında UNESCO və Avropa Şurasının dəstəyi ilə Beynəlxalq Tematik Filmlər Festivalları Komitəsi (CINETOUR) yaradılıb.

Baku.ws xəbər verir ki, CINETOUR-un əsas məqsədi tematik filmlər festivallarını bir çətir altında birləşdirmək və onları təbliğ etməkdir.

Hazırda dünyada 20 mindən çox tematik filmlər festivalı keçirilir, lakin bu günə qədər onları birləşdirən bir komitə olmayıb.

Eyni zamanda, CINETOUR komitəsinin hədəflərində ölkələr arasında mədəni əlaqələri möhkəmləndirmək, rejissorları, prodüserləri, sənət adamlarını, kino və turizm mütəxəssislərini, müxtəlif festivalları bir araya gətirməkdir.

Baş tutan təsis iclasında CINETOUR-un prezidenti Türkiyə nümayəndəsi Can Saracoğlu, baş direktoru isə İtaliya təmsilçisi Maurisio Aronika seçilib.

Qeyd edək ki, CINETOUR komitəsinin 19 ölkədən olan 30 təsisçisi sırasında Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının sədri, tanınmış teleaparıcı və səyahət bloqeri Azər Qərib də var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri