Dek
2022
15:12
121
45
1980
Virtual karabakh

Bakının 2030-cu ilə qədər regional inkişaf planı hazırdır

9 Dek, 2022
15:12
1980

Bakının 2030-cu ilə qədər regional inkişaf planı hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan paytaxtının 2030-cu ilə qədər Regional İnkişaf Planı artıq hazırdır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının 2017-2022-ci illər üzrə fəaliyyəti barədə İdarə Heyətinin hesabatında qeyd edilib.

Plana əsasən, yeni Bakı aqlomerasiyası Bakını Abşeron rayonu və Sumqayıt şəhəri ilə birləşdirməli və beləliklə, faktiki olaraq bütün Abşeron yarımadasını və ətraf aqlomerasiyanı əhatə etməlidir.

“Azərbaycan şəhərlərinin memarlığı günü-gündən dəyişir, daha cazibədar olur və təkrarsızlığı ilə görənləri sevindirir. Bu gün memarlıq ölkənin inkişafında prioritet istiqamətlərdən biridir. Müstəqil Azərbaycan son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoymuş və böyük uğurlara imza atıb. Yaxın gələcəkdə bizi daha böyük dəyişikliklər gözləyir”, - hesabatda bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri