Dek
2022
17:14
62
385
9181
Virtual karabakh

Məhkəmə Bəxtiyar Hacıyev barəsində qərar verdi - YENİLƏNİB + VİDEO

9 Dek, 2022
17:14
9181

Məhkəmə Bəxtiyar Hacıyev barəsində qərar verdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

14:59

Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılmasına reaksiya verib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

14:28

Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:

“Hazırda o, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır”.

Vəkil onun jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında saxlanıldığını qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri