Dek
2022
16:16
12
176
6871
Virtual karabakh

Aktrisa Məqsudə Əliyeva vəfat etdi - FOTO

9 Dek, 2022
16:16
6871

Aktrisa Məqsudə Əliyeva vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda aktrisa vəfat edib.

APA-nın xəbərinə görə, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda - “Mahmud və Məryəm”də qulluqçu qız, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri