13 
Dek
2022
12:08
159
12
1970
Virtual karabakh

Biləsuvarda istehlaka yararsız spirtli içkilərin satışının qarşısı alınıb - FOTO

13 Dek, 2022
12:08
1970

Biləsuvarda istehlaka yararsız spirtli içkilərin satışının qarşısı alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda istehlaka yararsız spirtli içkilərin satışının qarşısı alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında Biləsuvar şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış müəssisəsində agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub.

Belə ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”, 5 ədəd 1l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik “Artive”, 2 ədəd 1l-lik “Belova”, 1 ədəd 1l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri