14 
Dek
2022
12:36
196
10
4037
Virtual karabakh

İnsan alverinə görə tutulan qadınla bağlı QƏRAR

14 Dek, 2022
12:36
4037

İnsan alverinə görə tutulan qadınla bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə insan alverində təqsirləndirilən N.Əlimuradovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, uzun müddət Türkiyədə yaşayan və bacısının Azərbaycandan göndərdiyi qadınları İstanbulda qarşılayaraq müxtəlif ünvanlarda yerləşdirən, həmçinin Murad adlı şəxslə birgə onları fahişəliyə məcbur edən 1981-ci il təvəllüdlü N.Əlimuradova barəsində Azərbaycan Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsinin altı bəndi üzrə cinayət işi açılıb.

Məlum olub ki, bacılar Xaçmaz rayonundan ümumilikdə beş qadını aldadaraq və ya şirnikləndirərək Türkiyəyə aparıblar. Onlar arasında yetkinlik yaşına çatmayan Günay (şərti) da olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 40 yaşlı N.Əlimuradova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəllər N.Əlimuradovanın bacısı da həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri