14 
Dek
2022
15:28
29
232
13707
Virtual karabakh

Elçin Cəlilovu narkoman edən Xalq artistinin adı AÇIQLANDI - FOTO

14 Dek, 2022
15:28
13707

Elçin Cəlilovu narkoman edən Xalq artistinin adı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik vasitələrdən həddən artıq dozada istifadə etdiyinə görə həyatını itirmiş tanınmış müğənni Elçin Cəlilov barədə müzakirələr səngimir.

Lent.az-ın məlumatına görə, buna səbəb Elçin Cəlilovun yaxın qohumu müğənni Vüqar Muradovun onu narkotik vasitələrə məşhur bir sənətçinin alışdırdığını deməsi olub. O, efirdə ad çəkməsə də, həmin ifaçını “qoca kaftar” adlandırıb.

Sosial şəbəkələrdə həmin şəxsin adını açıqlayan Vüqar Muradov onun skripka ifaçısı Natiq Nuriyev olduğunu söyləyib və daha bu barədə danışmaq istəmədiyini deyib. Sosial şəbəkələrdə də ifaçını tanıyan bir çoxları Natiq Nuriyevin adını çəkərək, məhz onun Elçinin ölümünə bais olduğunu yazıblar.

Qeyd edək ki, mərhum Elçin Cəlilov da bir zamanlar müğənni Emil Rəhmanoğlunu öz təsiri altına almış, onun narkotiklərdən istifadə etməsinə səbəb olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri