14 
Dek
2022
17:03
16
147
2823
Virtual karabakh

Şirin çay azyaşlılarda hansı problemlər yarada bilər? - AÇIQLAMA

14 Dek, 2022
17:03
2823

Şirin çay azyaşlılarda hansı problemlər yarada bilər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir yaşlı uşağa şirin çay vermək olmaz. Bu, uşaqların qida rasionunu pozur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

O bildirib ki, uşaqlara altı aya qədər sadəcə ana südü məsləhət görülür:

“Altı aydan sonra qida əlavələri və həkim mütəxəssislər tərəfindən buna müvafiq məsləhətlər görülür. Amma ailələr internetdən götürdükləri qida rasionlarını uşaqlarına tətbiq edirlər. Bu, heç də düzgün deyil. Uşaqlar hər hansı başqa xəstəlik yoxdursa, bu qida rasionunun müvafiq cədvəlləri həkimlər tərəfindən hazırlanmalıdır.

Qida məhsulları və miqdarı həkimlə məsləhət edilməlidir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri