15 
Dek
2022
13:44
121
56
1504
Virtual karabakh

Nazir: “Gələcəkdə müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”

15 Dek, 2022
13:44
1504

Nazir: “Gələcəkdə müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək. Misal olaraq, bölgülər olacaq və ona uyğun da əməkhaqqı artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

“Eyni zamanda sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağıq. Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın”, - nazir bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri