16 
Dek
2022
09:12
3
125
2244
Virtual karabakh

Şəkidə 29 yaşlı kişi sirkə turşusundan zəhərləndi

16 Dek, 2022
09:12
2244

Şəkidə 29 yaşlı kişi sirkə turşusundan zəhərləndi

Şəkidə sirkə turşusundan zəhərlənmə qeydə alınıb.

APA-nın məlumatına görə, ötən axşam Şəki şəhəri Fuad Abdurəhmanov küçəsində yaşayan 1993-cü il təvəllüdlü Seymur Fərahim oğlu Hüseynov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S.Hüseynovun yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. S.Hüseynova lazımi tibbi yardım göstərilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri