16 
Dek
2022
13:17
25
113
2224
Virtual karabakh

DYP sürücülərə müraciət edib: “25 mindən çox qayda pozuntusu var” - VİDEO

16 Dek, 2022
13:17
2224

DYP sürücülərə müraciət edib: “25 mindən çox qayda pozuntusu var” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini, eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamalarını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və onlara yaxın 15 metrlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik”.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, əks təqdirdə hər bir sürücü bilməlidir ki, bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur.

“Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində, əsasən, xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzində 25 000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və paytaxt yollarında nəqliyyat axınının düzgün formada idarə olunması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik”, - A.Əsgərli qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri