16 
Dek
2022
17:42
21
191
1596
Virtual karabakh

“Formula-1”: Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

16 Dek, 2022
17:42
1596

“Formula-1”: Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə 2023-cü il Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb.

“Bakı Şəhər Halqası”ndan (BȘH) Oxu.Az-a verilən məlumata görə, ötən illərlə müqayisədə rekord rəqəmlər qeydə alınıb.

Yarış üçün erkən bilet satışına dekabrın 15-də start verilib. Bir sutka ərzində bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq, son 6 mövsümün rekordu həddinə yüksəlib.

Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırkı nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.

İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə təşkil olunacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri