17 
Dek
2022
19:48
28
464
6334
Virtual karabakh

Şimal rayonlarında bazarlar od tutub yanır - FOTO

17 Dek, 2022
19:48
6334

Şimal rayonlarında bazarlar od tutub yanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimal rayonlarında havalar soyuduqdan sonra kənd təsərrüfatı malları satılan bazarlar sözün həqiqi mənasında od tutub yanır. Qarşıdan gələn bayram günləri qiymətləri bir az da tətikləyib.

Qusarda əməkdaşlarımız müşahidə aparan zaman özləri hər məhsulda ən azı 10-15 faiz bahalaşmanın şahidi olublar. Xüsusən bazarlarda yumurtanın qiyməti bahalaşıb.

Bir müddət əvvəl Bizim.Media şimal bazarlarında yumurtanın bir ədədinin 40 qəpiyə olduğu barədə məlumat verib. Hətta yeni ilədək yumurtanın ədədinin 1 manata çatacağı proqnozlaşdırılıb. Bayram gününə isə hələ 2 həftə var.

Bu gün baş çəkdiyimiz Qusarın mərkəzi bazarında yumurtanın yenidən bahalaşdığının şahidi olduq. Bir ədədi 45-50 qəpiyə satılan kənd yumurtalarına alıcılar nəzər salmağa belə çəkinirlər.

Satıcılar isə deyir ki, nə edək, biz kəndlidən məhsulu 40 qəpiyə alırıq:

“Havalar soyuyandan bilirsiniz ki, toyuqlar az yumurta qoyur. Ona görə də keyfiyyətli məhsul əldə etmək çətinləşib. Bu vəziyyət ən azı 2 ay davam edəcək. Orqanik məhsul yemək istəyirsənsə, gərək xərc çəkəsən”.

Ət bazarında isə Qusarda nisbətən durğunluq yaşanır. Artıq bir neçə həftədir kiloqramı 13 manata təklif edilən mal ətinin də elə alıcısı yoxdur. Satıcılar deyirlər ki, yeni ilə ətin qiymətini ucuzlaşdırmağa məcbur olacağıq, çünki heç kim almır.

Digər məhsullarda da bahalıq müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri