20 
Dek
2022
18:25
16
255
4076
Virtual karabakh

Biləsuvarda yanğın zamanı ölən qadının kimliyi müəyyənləşdi - YENİLƏNİB

20 Dek, 2022
18:25
4076

Biləsuvarda yanğın zamanı ölən qadının kimliyi müəyyənləşdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.

11:10

Biləsuvarda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri