17 
Mar
2015
10:09
44
184
28298
Virtual karabakh

Hamlet İsaxanlı: Qızım döyülməyib, yalandır...

17 Mar, 2015
10:09
28298

Hamlet İsaxanlı: Qızım döyülməyib, yalandır...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qızım Ülkərlə danışmışam.”

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: 

“Mən indi xaricdəyəm. Axmaqlar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”. 

Qeyd edək ki, musavat.com saytının yazdığına görə, Ü.İsayeva 09.03.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri