13 
Sen
2017
10:29
13
41
1376
Virtual karabakh

Bu gün kolleclərin boş qalan yerlərinə qeydiyyat başa çatır

13 Sen, 2017
10:29
1376

Bu gün kolleclərin boş qalan yerlərinə qeydiyyat başa çatır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri