29 
Dek
2022
12:54
113
22
783
Virtual karabakh

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29 Dek, 2022
12:54
783

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri