30 
Dek
2022
13:29
12
277
3305
Virtual karabakh

Azərbaycanda 51 gün komada qalan müəllim öldü - YENİLƏNİB + FOTO

30 Dek, 2022
13:29
3305

Azərbaycanda 51 gün komada qalan müəllim öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda ötən ay avtomobillə vurulan piyada xəstəxanada 51 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, Zəfər Ağayev Qəriblər kənd məktəbində müəllim işləyib. Hadisə də elə həmin məktəbin qarşısında baş verib. O, əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Uzun müddət burada saxlanılan Z. Ağayev dekabrın 29-da vəfat edib.

10:56

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 8-də Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü İmanov Əlibaba Mirağa oğlu idarə etdiyi UAZ-469 markalı avtomobillə hərəkətdə olarkən piyada, 1960-cı il təvəllüdlü Ağayev Zəfər Vəkil oğlunu vurub. Nəticədə piyada xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Noyabrın 10-da isə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dekabrın 29-da müalicə aldığı həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri