30 
Dek
2022
11:00
10
205
1109
Virtual karabakh

18 yaşda leykozdan əziyyət çəkən Rəhimin anası: “Evimizi satdıq, amma əməliyyat pulumuz hələ də çatmır” - FOTO

30 Dek, 2022
11:00
1109

18 yaşda leykozdan əziyyət çəkən Rəhimin anası: “Evimizi satdıq, amma əməliyyat pulumuz hələ də çatmır” - FOTO

18 yaşlı Rəhim Ağazadə leykoz xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Nahidə Ağayeva məlumat verib.

O bildirib ki, oğlunun əməliyyat olmağı üçün 8 700 manatları çatmır.

“Rəhim dörd ildir ki, leykozdan əziyyət çəkir, donoru Türkiyədə tapılıb. Əməliyyatı üçün 80 000 manata ehtiyac var idi. Biz Cəlilabadda yaşayırdıq. Oradakı evimizi 42 000 manata satdıq, geridə qalan 29 300 manatı isə qohumlar, dost-tanış düzəltdi. Cəmi 8 700 manatımız çatmır”.

Nahidə Ağayeva bildirib ki, oğlu yanvarın 2-si Türkiyədə olmalıdır:

“Əslində həkim bizə dekabrın 10-u üçün vaxt vermişdi, amma pulu toplaya bilmədik. İndi isə yanvarın 2-si gəlməyimizi deyib. Rəhimin vəziyyəti günü-gündən pisləşir. Mənim bu həyatda Rəhimdən başqa heç kimim yoxdur. Onun sağalmağı üçün hər şeyə hazıram. İmkanı olan şəxslərdən mənim balama kömək etməklərini xahiş edirəm. Balamın həyatda qalmağı üçün cəmi 8 700 manata ehtiyacı var. Yalvarıram, mənim həyatdakı tək varlığımın, oğlumun sağlamlığına qovuşması üçün bizə dəstək olun”.

Ailə ilə əlaqə üçün: 050 874 90 79

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri