30 
Dek
2022
10:52
18
172
5017
Virtual karabakh

Müəllimin qızına qarşı seksual hərəkətlər edildi - İDDİA + AÇIQLAMA

30 Dek, 2022
10:52
5017

Müəllimin qızına qarşı seksual hərəkətlər edildi - İDDİA + AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad rayonu, 1 saylı orta məktəbdə şagirdə qarşı seksual hərəkətlər edilməsi iddia olunur. 

Bildirilir ki, orada təhsil alan 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qıza qarşı bu hərəkəti edib. 

Məsələ ilə bağlı Mil-Muğan regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan xəbər həqiqəti əks etdirmir:

“Həmin qızın anası məktəbdə müəllim işləyir. Şagirdlər arasında mübahisə baş verib. Qadın da polisə müraciət edib. Hadisənin təsdiqlənməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. İddia ilə bağlı araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlının valideyni övladına qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib:

“Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub. Hazırda RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri