30 
Dek
2022
12:18
468
40
5439
Virtual karabakh

Milli Məclisdə “TikTok”la bağlı qadağa TƏKLİFİ - FOTO

30 Dek, 2022
12:18
5439

Milli Məclisdə “TikTok”la bağlı qadağa TƏKLİFİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda azyaşlıların “TikTok” sosial şəbəkəsinə daxil olunması qanunvericiliklə qadağan edilməlidir”.

Oxu.Az-ın məlumatına görə, Milli Məclisin iclasında deputat Elşad Mirbəşir belə təkliflə çıxış edib.

O bildirib ki, “TikTok” gələcək nəslin məhvinə yönəlib.

“Təəssüflə qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə zidd olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. “TikTok”dan xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir”, - deyə o əlavə edib.

Millət vəkili xatırladıb ki, Çində, Hindistanda, ABŞ-də məhkəmənin qərarı ilə müəyyən müddət aralığında “TikTok”un fəaliyyəti məhdudlaşdırılır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri