30 
Dek
2022
13:02
66
28
2932
Virtual karabakh

Bakıda yeni metro stansiyası nə vaxt açıla bilər?

30 Dek, 2022
13:02
2932

Bakıda yeni metro stansiyası nə vaxt açıla bilər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bənövşəyi xətt”in yeraltı dördüncü stansiyası olan “B4” 2024-cü ildə açıla bilər”.

Bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır.

“Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri