30 
Dek
2022
14:09
134
18
1284
Virtual karabakh

“Yaxın vaxtlarda daha üç qatar xəttə buraxılacaq” - Rəsmi AÇIQLAMA

30 Dek, 2022
14:09
1284

“Yaxın vaxtlarda daha üç qatar xəttə buraxılacaq” - Rəsmi AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün paytaxta gətirilmiş yeni metro vaqonlarından ibarət, innovasiyalar baxımından sonuncu nəslə mənsub bir qatar xəttə buraxılır. 

Oxu.Az xəbər verir ki, sərnişin daşımalarına qoşulan 81-765 B./81-766 B. modelli vaqonlardan ibarət 20-ci qatar Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsalıdır. 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. Aparılan müvafiq sazlama işlərindən sonra yeni qatar sınaq və tənzimləmələri keçərək istismara buraxılır.

Qeyd edək ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Bu isə sərnişindaşımanın xidmət keyfiyyətinin daha da artırılmasına şərait yaradacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri